Nurlana Cəfərova
Doğum tarixi:
24 sentyabr 1988
Nurlana Sakit qızı Cəfərova Bakıda anadan olub.
İxtisasca filoloqdur.
2006-cı ildə Azad Azərbaycan televiziyasının müsabiqəsinin qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlayıb. Həmin il 106 FM radiosunda işə davam edib. Radioda çalışdığı dönəmdə, bir çox dünya ulduzları ilə müsahibələr alıb. 2007-ci ildən Azad Azərbaycan televiziyasında “TOP 10”, “ATV club”, “ATV səhər”, “FreeZone” verilişlərinin aparıcısı olub. 2016-cı ildə Azərbaycan televiziyasında çalışmağa başlayıb. “Bakı gecələri”, Mədəniyyət kanalının “Görüş yeri”, İdman Azərbaycan kanalının “Mərc meydanı” verilişlərinin aparıcısı olub. 2017-ci ildən Azərbaycan televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifəsində çalışıb.
2016-cı il “Formula 1” yarışının tədbir aparıcısı, 2017-ci il 4-cü İslam Həmrəyliyi Oyunlarının boks və zorxana oyunları üzrə ingilis dilində şərhçi aparıcısı kimi işləyib. 2018-ci il Portuqaliyada keçirilən Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə 5 münsif heyətindən biri seçilib. “7-ci Muğam Televiziya Müsabiqəsi 2019”un aparıcısı olub.
Bir müddət ailə vəziyyəti ilə əlaqədar olaraq Türkiyənin İzmir şəhrində yaşayıb.
2023-cü ildən İctimai televiziyada çalışır, “Dikdaban” verilişinin aparıcısıdır. Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan nümayəndəliyinin üzvüdür.
“Hər iki mən” adlı şeirlər toplusu işıq üzü görüb (2019).
