Nuriyyə Əhmədova

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

26 dekabr 1950

Vəfat tarixi:

10 oktyabr 2015


Nuriyyə Əliağa qızı Əhmədova (Nuriyyəxanım Əhmədli) Bakının Şüvəlan kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1970-1974).

İlk fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb (1968-1978). Daha sonra İncəsənət İnstitutunun Tədris Teatrında (1978-1982), “Azərbaycanfilm” kinostudiyasında (1982-ci ildən) işləyib.

Əməkdar artist (2002), Xalq artisti (2007) Nuriyyə Əhmədova 2015-ci ildə vəfat edib, Şüvəlan qəbiristanlığında dəfn olunub.