Nurəddin Mehdixanlı

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

06 oktyabr 1956


Nurəddin Əzulla oğlu Mehdixanlı (Nurəddin Quliyev) Cəlilabadın Tahirli kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1974-1978, Adil İsgəndərovun kursu).

1978-ci ildə təyinatla Akademik Milli Dram Teatrında işə götürülüb və bir müddət bu teatrda çalışıb (1978, 1980-1990). Qısa bir müddət Bakı Bələdiyyə Teatrının aktyoru olub (1992-1994). 1994-cü ildən etibarən Akademik Milli Dram Teatrının aktyorudur.

1988-ci ildə başlanan Milli Azadlıq Hərəkatının aktivlərindən üzvlərindən biri, Respublika əhəmiyyətli Nümayiş Komitəsində, mitinqlərin və hərəkat liderlərinin təhlükəsizlik məsələləri üzrə rəhbər olub. 1989-cu ildə yaranan Qarabağa Xalq Yardımı Komitəsinin xüsusi şöbəsinin və təşkilat şöbəsinin rəisi, 1990-ci ildə Komitə sədrinin müavini, 1991-ci ildən isə sədrin birinci müavini, ilk müstəqil qəzet olan “Azərbaycan” qəzetinin redaksiya heyətinin üzvü olub. 1992-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının ilk üzvlərindən və yaradıcılarından biri olub. O vaxtdan başlayaraq VHP-nin Ali Məclisinin və Siyasi Şurasının üzvü, partiyanın siyasi məsələlər üzrə katibi olub.

Xarici film istehsalçılarının “Absurdistan” (2008, rejissor Veit Helmer / Almaniya) filmində arıçı rolunda çəkilib.

“Şöhrət” ordeni ilə təltif olunub (2019). Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti (1986), Əməkdar artist (1998), Xalq artistidir (2002).

Aktyor Nurəddin Mehdixanlı aktyor Qabil Quliyevin qardaşıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Dar küçələr Rollarda