Nuranə Axundova

Rejissor Ssenari müəllifi Rejissor assistenti

Doğum tarixi:

02 yanvar 1974


Nuranə Axundova Tofiq qızı (Nuranə Tofiqqızı / Nuranə Gülər) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1995), Bakı Dövlət Universitetində (1998-2003) təhsil alıb.

Azərbaycan televiziyasında rejissor-redaktor (1992-2005), İctimai televiziyada rejissor-redaktor (2005-2012), Lider televiziyasında “Səhər çağı” verilişinin aparıcısı (2013-2016), “Çıxış yolu” verilişinin layihə rəhbəri və aparıcısı (2016-2021), Space TV-də (2021), Səhiyyə TV-də (2022), Kanal S TV-də (2023) aparıcı olaraq çalışıb. Hazırda  MTV-nin əməkdaşıdır.