Nazim Şərbətov
Rejissor
Prodüser
Qrafika
Montajçı
Doğum tarixi:
17 yanvar 1982
Nazim Şərbətov Lerikdə anadan olub.
Azərbaycan Texniki Universitetinin Radiotexnika və rabitə fakültəsində təhsil alıb (1999-2003).
Uzun müddət Xəzər TV-də videomühəndis, rejissor, bədii rəhbər (2007-2016) və digər məsul vəzifələrdə çalışıb. 2016-cı ildən müstəqil fəaliyyət göstərir. Sosial çarxların, reklamların, musiqi kliplərinin rejissorudur.
2023-cü ildən Dost Agentliyinin Rəqəmsal media studiyasının rəhbəri olaraq çalışır.