Nazim Ağayev
Musiqi ifaçısı
Aktyor
Doğum tarixi:
02 yanvar 1939
Vəfat tarixi:
24 aprel 2018
Nazim Maşallah oğlu Ağayev Bakıda anadan olub.
Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili komediya fakültəsində təhsil alıb (1962-1967).
1965-ci ildən Dövlət Televiziya və Radio Komitəsində xor artisti kimi fəaliyyət göstərib. Xalq çalğı alətləri orkestrinin solisti, Azərbaycan Dövlət Filarmoniyasının solisti (1967-ci ildən), “Azkonsert” Dövlət konsert-qastrol birliyinin solisti (1978-ci ildən) olub. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.
Əməkdar artist (2009) Nazim Ağayev 2018-ci ildə vəfat edib.