Nazim Abbasov
Rejissor
Ssenari müəllifi
Bədii rəhbər
Filmi səsləndirən
Aktyor
Doğum tarixi:
14 dekabr 1938
Vəfat tarixi:
16 sentyabr 2000
Nazim Hüseynqulu oğlu Abbasov (Nazim Abbas) Lənkəranda anadan olub.
Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino fakültəsində (1961), LDTM və Kİ-nin televiziya rejissorluğu fakültəsində (1972) təhsil alıb.
1961-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor assistenti, rejissor, baş rejissor işləyib. "Bakı" televiziya stansiyasının direktoru və baş rejissoru (1979–1991), "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru (1993–2000) olub.
Əməkdar incəsənət xadimi (1989) Nazim Abbasov 2000-ci ildə vəfat edib.
