Nəzakət Teymurova

Musiqi ifaçısı Aktrisa

Doğum tarixi:

04 iyul 1972


Nəzakət Xosrov qızı Teymurova Ağdam rayonunun Əlimədədli kəndində anadan olub.

Bakı Baza Energetika Texnikumunda, Asəf Zeynallı adına Musiqi Məktəbində (1991-1995), Azərbaycan Dövlət Konservatoriyasında (1995-2000) təhsil alıb.

1995-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Hazırda Milli Konservatoriyada və Musiqi Kollecində də muğam dərsi deyir.

Əməkdar artist (2000), Xalq artistidir (2005).