Natalya Şarovskaya
Aktrisa
Doğum tarixi:
21 may 1959
Natalya Yuryevna Şarovskaya (Natalya Haşımova / Natalya Aşumova) Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində təhsil alıb (1982).
Gənc Tamaşaçılar Teatrında (1985-1992) çalışıb. 1992-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisasıdır.
Xarici film istehsalçılarının “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında Asyanın anası rolunda çəkilib.
Əməkdar artist, Xalq artistidir (2018).