Nəsibə Eldarova
Aktrisa
Filmi səsləndirən
Doğum tarixi:
15 yanvar 1959
Nəsıbə Novruz qızı Eldarova Bakının Bülbülə qəsəbəsində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1975-1982).
“Azərbaycanfilm” kinostudiyasının nəzdində kino-aktyor teatrında çalışıb.
1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
“Karmen” tamaşasında Karmen roluna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb (2001).
Əməkdar artistdir (2014).
Aktrisa Nəsibə Eldarova rejissor, aktyor Hüseynağa Atakişiyevin və rejissor, aktyor Ömür Nağıyevin həyat yoldaşı olub.

Filmoqrafiya
Poster
Filmin adı
Filmdə statusu
-
Pərdə Rollarda
-
Mən burdayam, İlahi! Rollarda