Naina İbrahimova

Aktrisa

Doğum tarixi:

27 noyabr 1973


Naina Ağəli qızı İbrahimova Bakıda anadan olub.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, Futurologiya Universitetinin Dizayn fakültəsində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru fakültəsində (2004) təhsil alıb. 1

995-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisasıdır.

Fotomodel kimi də fəaliyyət göstərir.

Əməkdar artistdir (2010).

Aktrisa Naina İbrahimova rəssam Ağəli İbrahimovun qızıdır.