Naibə Şirinova
Aktrisa
İkinci rejissor
Doğum tarixi:
15 noyabr 1962
Naibə Eldar qızı Şirinova (Naibə Tural) Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1980-1984).
1980-ci illərdən Azərbaycan televiziyasında müxtəlif verilişlərdə aparıcı və bədii qiraət ustası kimi çıxış edib. 1986-cı ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunda dərs deyib. Ardıcıl olaraq Azərbaycan televiziyası və İctimai televiziya ilə əməkdaşlıq edib.
Hazırda Almaniyada yaşayır. Berlində fəaliyyət göstərən Alman-Azərbaycan Ziyalılar Birliyinin sədridir.