Naibə Əlibəyova
Aktrisa
Doğum tarixi:
15 noyabr 1963
Vəfat tarixi:
06 mart 2024
Naibə Əlibəyova Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsinin Kütləvi tamaşalar rejissoru ixtisasında təhsil alıb (1979-1984).
Məzun olduqdan sonra Dəvəçi (indiki Şabran) rayonunun Mədəniyyət evinin müdiri vəzifəsinə təyin olunub, üç il orada çalışıb (1984-1987). Bir müddət Musiqili Komediya Teatrında işləyib (1987-1993).
Naibə Əlibəyova 2024-cü ildə vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.