Nahid Abbaszadə
Aktyor
Səs rejissoru
Ssenari müəllifi
Səsyazma mütəxəssisi
Səs operatoru
Doğum tarixi:
10 yanvar 1991
Nahid Abbaszadə Qazaxda anadan olub. 2000-2007-ci illərdə ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsində (2009-2013) və Türkiyədə “Sadri Alışık Akademiyası”nda təhsil alıb.
Bir müddət Azərbaycan Akademik Milli Dram Teatrında Vidadi Həsənov və Pərviz Məmmədrzayevin “Gənc aktyorlar” studiyasında çalışıb. “Kanal S” (indiki “ARB Şəki”) televiziyasında yayımlanan “Ziq-zaq” verilişinin aparıcısı olub (2014-2016).
Hazırda Türkiyədə yaşayır. “Sadri Alışık Teatrı”nın aktyorudur.