Nadir Muqbilov
Rejissor
Ssenari müəllifi
Döyüş xoreoqrafı
Prodüser
Aktyor
Tryukların quruluşu
Kaskadyor
Operator assistenti
İnzibatçı
Doğum tarixi:
17 noyabr 1963
Vəfat tarixi:
05 dekabr 2017
Nadir Muqbilov Bakıda anadan olub.
Moskva Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, amma davam etdirməyib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda dinləyici kimi dərslərdə iştirak edib (1987-1989).
Bir müddət Permdə yaşayıb.
“Azərbaycanfilm”də fəhləlikdən başlayaraq operator assistenti, kaskadyor, tryuk quruluşçusu, quruluşçu rejissor kimi fəaliyyət göstərib.
İdmanın karate növü ilə məşğul olub.
2013-cü ildən Qazaxıstanda yaşayıb.
Nadir Muqbilov 2017-ci ildə vəfat edib.