Nadejda İsmayılova

Ssenari müəllifi Redaktor Bədii rəhbər

Doğum tarixi:

14 yanvar 1938


Nadejda Vasilyevna İsmayılova Türkmənistanın Aşqabad şəhərində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1962), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ssenari və kinoşünas fakültəsin (1968) təhsil alıb.

Azərbaycan televiziyasında (1959-1975, 1987-1996), “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində (1985-1987), “Azərbaycanfilm” kinostudiyasında baş redaktor müavini vəzifəsində (1975-1984) çalışıb.

“Dalğa”, “Həftə+”, “TV Kuryer” televiziya publisistik proqramların müəllifi və aparıcısı olub.

“Qızıl Qələm” mükafatçısı (1988), Əməkdar jurnalistdir (1990).

Ssenarist Nadejda İsmayılova rejissor, operator Rasim İsmayılovun həyat yoldaşı olub.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Ad günü Redaktor
  • Film Abşeronun istirahət ocaqları Ssenari müəllifi