Müşfiq Hətəmov
Doğum tarixi:
06 may 1969
Müşfiq Mürşüd oğlu Hətəmov Ağdamın Şurabad kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində təhsil alıb (1986-1992). Bakı Mədəni Maarif Texnikumunda rejissor və aktyor sənəti fənnini tədris edib (1992-2002). 2000-ci ildə təsis etdiyi “MM” MMC-də 100-ə yaxın konsert proqramının, reklam kampaniyasının rəhbəri, filmlərin prodüseri, televiziya layihələrinin müəllifi olub.
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor (2002-2006), Filmlərin dövlət reyestri sektorunun müdiri (2006-2010), Kinematoqrafiya şöbəsinin müdir müavini (2010-2011), “Azərbaycanfilm” kinostudiyasının direktoru (2011-2019), Space televiziyasının baş direktoru (2021-2023), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012–2022) vəzifələrində çalışıb.
“Humay” Milli Mükafatına (2014), “Ən yaxşı prodüser” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb. Əməkdar incəsənət xadimidir (2016).
2025-ci ildən yenidən Azərbaycan Prodüserlər Gildiyasının sədridir.

Filmoqrafiya
-
#yoxdubeləsöhbət Baş prodüser