Murad Dadaşov
Doğum tarixi:
21 dekabr 1978
Murad Əli oğlu Dadaşov Bakıda anadan olub.
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində psixologiya ixtisası üzrə təhsil alıb (1996-2000).
“Bakılı oğlanlar” KVN komandasının üzvü olub, “20-ci əsrin çempionları” titulunun sahiblərindən biridir.
Proqnoz Müstəqil Sosioloji Tədqiqatlar mərkəzində müdür müavini (1999-2002), ANS Müstəqil Yayım və Media Şirkətində baş prodüser (2002), M Group Production şirkətinin təsisçisi və baş direktoru (2003-2008), Lider televiziyasında baş prodüser (2008-2010) olaraq çalışıb.
Televiziya fəaliyyətinə Azərbaycan televiziyasında başlayıb. “Bir cənub şəhərində” (AzTV), “Road master” (Space TV), “Yeriniz məlum” (2002, ANS TV), “Mərc-şou” (2003, Lider TV), “Maşın” şou (2005, Lider TV) layihələrinin ideya müəllifi, aparıcısı olub.
Rusiya istehsalı olan “Bremen musiqiçiləri” (2000, rejissor Aleksandr Abdulov) filmində çəkilib.
2010-cu ildən “M Group Production” şirkətinin prezidenti, 2020-ci ildən Xəzər TV-nin prezidentidir.
Əməkdar artist (2014), Xalq artistidir (2018).