Mobil Əhmədov

Musiqi ifaçısı Aktyor

Doğum tarixi:

10 sentyabr 1931

Vəfat tarixi:

03 iyun 2006


Mobil Salman oğlu Əhmədov Gəncədə anadan olub.

Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində (1955), Azərbaycan Dövlət Konservatoriyasında (1956-1961) təhsil alıb.

Məzun olduqdan sonra Azərbaycan Dövlət Radiosunun xorunda işləməyə başlayıb, Musiqili Komediya Teatrına solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Vokal ifaçılığını dramatik və komik aktyor oyunu ilə sintez etməyin bünövrəsini qoyanlardan biridir.

Əməkdar artist (1978), Xalq artisti (2000) Mobil Əhmədov 2006-cı ildə vəfat edib, Gəncədə dəfn olunub.