Mixail Jarov
Aktyor
Doğum tarixi:
27 oktyabr 1899
Vəfat tarixi:
15 dekabr 1981
Mixail İvanoviç Jarov Moskvada anadan olub.
Teatr studiyasında təhsil alıb (1921).
Təcrübəli qəhrəman teatrda (1921-1922), Kazan Rus Teatrında (1928), Azərbaycan Dövlət Rus Dram Teatrında (1926-1927, 1929), Realistik Teatrda (1930), A.Tairovun rəhbərliyi ilə Kamera Teatrında (1931-1937), Malı Teatrda (1938-1981) çalışıb. Çoxsaylı rus filmlərinə çəkilib, rejissor kimi 3 filmə quruluş verib.
SSRİ Dövlət mükafatları laureatı (1941, 1942, 1947), SSRİ Xalq artisti (1949), Sosialist Əməyi Qəhrəmanı (1974) Mixail Jarov 1981-ci ildə Moskvada vəfat edib.