Mirzəağa Mirzəyev
Aktyor
İkinci rejissor
Rejissor assistenti
İcraçı prodüser
Doğum tarixi:
17 yanvar 1990
Mirzəağa Yaşar oğlu Mirzəyev (Mirzə Ağa Mirzəyev) Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissoru fakültəsində təhsil alıb (2007-2011).
Əmək fəaliyyətinə Bakı Şəhər Mədəniyyət İdarəsinin nəzdindəki “Satira Teatr Studiyası”nda aktyor kimi başlayıb (2007-2008). Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib (2008-2009). 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.
2021-ci ildən Səhnə TV-nin baş prodüseri və “Gecə qonağım” proqramının (2021-2022) aparıcısı olub.
Rejissor kimi Səhnə Teatrında “Qaranlıqdan işığa”, “Yagişdan çıxdıq, yağmura düşdük”, “Ayı” tamaşalarına quruluş verib.