Mir Sahib Ağazadə
Doğum tarixi:
23 fevral 1980
Mir Sahib Qabil oğlu Ağazadə (Mir Sahib Qabiloğlu / Sahib Ağayev) Bakıda anadan olub.
Bakı İslam Universitetində (1996-2000), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq” fakültəsində (2001-2004) təhsil alıb.
“Zaman” müstəqil teatrında aktyor, rejissor köməkçisi, quruluşçu rejissor vəzifələrində çalışıb (2000-2003). Bir müddət sonra özünün “İrfan” adlı müstəqil teatr studiyasını yaradıb. Bu studiada bir neçə tamaşa və kompozisiyaya quruluş verib (2004-2007). Tələbəlik illərindən Yuğ Teatrında aktyor, rejissor köməkçisi, daha sonra quruluşçu rejissor (2007-2019) kimi fəaliyyət göstərib. Azərbaycan televiziyasında (2019-2020), Səhiyyə TV-də (2021-2022) rejissor olaraq çalışıb. Dövlət tədbirlərinin, yubiley və bədii gecələrinin quruluşçu rejissoru olub. “Monotamaşalar” festivalında “Məcnunun duası” monotamaşasına görə “Ən yaxşı rejissor işi” nominasiyasının qalibi olub (2001).

Filmoqrafiya
-
Hal Rollarda