Manana Caparidze
Doğum tarixi:
28 dekabr 1978
Manana Sergeyevna Caparidze Tbilisidə anadan olub.
Tbilisi İncəsənət Gimnaziyasını vokal sinfində, Almaniya Müasir İncəsənət, Caz və Şou-biznes Akademiyasının Tbilisi filialının vokal şöbəsində (1995-2000) təhsil alıb.
İlk dəfə səhnəyə 4 yaşında çıxıb. Gürcüstanda “Toliya” və “Çiora” uşaq kollektivlərinin solisti kimi çıxış edib. “Büllur şam ağacı” gənc ifaçılar müsabiqəsinin qalibi (1996, Borjomi), “Büllur not” beynəlxalq gənc ifaçılar müsabiqəsinin laureatı (1997, Moskva) olub. 1998-ci ildə Bakıya gəlib, burada müğənnilik fəaliyyətinə başlayıb. “Asiyanın səsi” festivalında “Qran-pri” mükafatına (1999, Almatı / Qazaxıstan), “Slavyanskiy bazar” festivalının qalibi (1999, Kiyev / Ukrayna), “Unıverstalent–2000” festivalının laureatı (2000, Praqa / Çexiya), “Golden voıce of Asıa” müsabiqəsinin “Qran-pri” sahibi (2000, Şanxay / Çin), “Şire kruq” televiziya musiqi müsabiqəsinin qalibi (2001, Moskva) olub.
“Humay” Milli mükafatı sahibi, Əməkdar artistdir (2009).