Manaf Dadaşov

Aktyor

Doğum tarixi:

21 noyabr 1981


Manaf Məcid oğlu Dadaşov (Manaf Məcidoğlu) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kütləvi tədbirlər rejissorluğu fakültəsində təhsil alıb (2002-2006).

2002-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır.

Rusiya istehsalı olan “Rus tərcüməsi” serialında (2006, rejissor Aleksandr Çernyayev) Master rolunda çəkilib.

Aktyor Manaf Dadaşov aktyor Məcid Dadaşovun oğludur.