Lamiyə Səlimova

Aktrisa

Doğum tarixi:

19 yanvar 1985


Lamiyə Oleq qızı Səlimova (Lamiyə Ərən) Qaxda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyorluğu ixtisasında (2002-2006), Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi ixtisasında (2013-2016, magistratura), Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində (2008-2009) təhsil alıb.

I Ümumrespublika Teatr Festivalının “Ən yaxşı aktrisa” nominasiyasının qalibidir (2011).

2005-ci ildən İctimai televiziyada redaktor vəzifəsində çalışır.