Lalə Məmmədova (III)
Musiqi ifaçısı
Aktrisa
Doğum tarixi:
23 fevral 1978
Lalə Məmmədova Bakıda anadan olub.
Bülbül adına musiqi məktəbində, Azərbaycan Dövlət Dillər Universitetində (1995-2001), Azərbaycan Milli Konservatoriyasının Solo oxuma xanəndəlik sinfində (2002-2006) təhsil alıb.
1997-ci ildə Rafiq Babayev adına peşəkarlar studiyasında bəstəkar Siyavuş Kərimi ilə birgə işləməyə başlayıb. 2012-ci ildən Rəşid Behbudov adına Mahnı Teatrının solistidir. “Məktəb illəri”, “Səs”, “Bu şəhər ikimizə dar”, “Dəli eşq”, “Qızıl lalədir adım”, “Səni sevirəm” və s. mahnıları ilə məşhurdur.
Əməkdar artist (2011), filologiya üzrə fəlsəfə doktorudur (2017).
Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğuldur.