Kübra Binnətova
Rəssam
Rəssam assistenti
Rejissor assistenti
Animasiya rəssamı
Storibord rəssamı
İkinci rəssam
Doğum tarixi:
05 noyabr 1998
Kübra Həmid qızı Binnətova Bakıda anadan olub.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika (animasiya) fakültəsində (2016-2020), Rüstəm İbrahimbəyov adına Bakı Kino məktəbində animasiya rejissorluğu üzrə (2020-2022) təhsil alıb.
“Şərq-Qərb” nəşriyyatında illüstrator-rəssam (2019), “Birlik” studiyasında rejissor assistenti (2020), “Azanfilm” studiyasında konsept rəssamı (2020), “Gilabi Ceramics”də rəssam (2022) olaraq çalışıb.