Xanım İsmayılqızı
Doğum tarixi:
10 aprel 1956
Xanım İsmayılqızı (Xanım Qarayeva İsmayıl qızı) Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1979).
“Gənclik” nəşriyyatında korrektor, kiçik redaktor, mühəndis-texnoloq (1972-1984) işləyib. Efiopiyada yaşaması ilə bağlı bir müddət nəşriyyat işindən ayrılıb, Azərbaycana döndükdən sonra yenidən nəşriyyat işinə qayıdıb. Azərbaycan Dövlət Universitetinin nəşriyyatında şöbə müdiri (1987-1989), Azərbaycan bədii tərcümə və ədəbi əlaqələr Mərkəzində şöbə müdiri, sədr müavini (1989-1995), “Bilik” Maarifçilik Cəmiyyətinin “Bayatı” Sifariş Ədəbiyyatı Mərkəzində direktor müavini (1995-1998), direktor, Tərcümə Mərkəzində Nəşriyyat şöbəsinin müdiri (2014-2016), Azərbaycan Dövlət Tərcümə Mərkəzində Nəşriyyat şöbəsinin müdiri vəzifələrində işləyib.
Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub. İlk şeiri “Yol” qəzetində dərc olunub (1991). Qələmini poeziya, publisistika və tərcümə sahəsində sınayıb. 1979-cu ildən jurnalistlik fəaliyyətinə başlayıb, dövrü mətbuatda məqalə, oçerk və esseləri dərc olunub. AzTV-də və ilk müstəqil telekanal olan BMTİ-də müəllif verilişi ilə çıxış edib (1992-1993). Vasili Şukşinin hekayələr toplusunu tərcümə edib. Publisistiika və poeziya kitablarının müəllifidir.
Mahnı bəstəçisi kimi ilk işi “Sevgimizi qoruyaq” mahnısıdır (1993). Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” pyesinə yazdığı musiqi bəstəkarın ilk iri həcmli əsəridir. 300-dən çox mahnının müəllifidir.