Kazım Abdullayev
Doğum tarixi:
06 aprel 1953
Kazım Ənvər oğlu Abdullayev (Kazım Ənvəroğlu) Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1974).
Sumqayıt Dövlət Musiqili Dram Teatrında (1976-1996), Bakı Bələdiyyə Teatrında (1996-2004) çalışıb. 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorudur.
Xarici film istehsalçılarının “Absurdistan” (2008, rejissor Veit Helmer / Almaniya) filmində çoban rolunda, “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında Hacı rolunda, “Biz sizə müharibə elan edirik” (2010, rejissor İqor Xolodkov / Rusiya) serialında Nasar rolunda çəkilib.
Əməkdar artist (2002), Xalq artistidir (2019).