Kamran İbrahimxəlilov
Rəssam
Dekor rəssamı
Rəssam assistenti
Storibord rəssamı
İkinci rəssam
Doğum tarixi:
02 oktyabr 1977
Kamran İbrahimxəlilov Gəncədə anadan olub.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xalçaçı rəssam ixtisası üzrə təhsil alıb (2001-2005).
“Azərbaycanfilm” kinostudiyasında rəssam assistenti, dekor rəssamı (2007-2012), özəl film studiyalarında quruluşçu rəssam, “ARB Şəki” TV kanalında baş rəssam (2013-2017), Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində təlimçi, baş təlimçi (2018-2019) işləyib.
2019-cu ildən Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keyfiyyətə nəzarət üzrə baş mütəxəssis vəzifəsində çalışır.