Kamran Ağabalayev

Aktyor Rejissor Ssenari müəllifi İkinci rejissor Rejissor qrupunun üzvü Rejissor assistenti Kastinq meneceri Filmi səsləndirən

Doğum tarixi:

03 mart 1980


Kamran Məmmədkazım oğlu Ağabalayev Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

Qısa müddətdə - 15 gün Nizami Rayon Məhkəməsində çalışıb.

Aktyorluq üzrə ABŞ, İran və Türkiyədə kurslar keçib.

Xarici film istehsalçılarının çəkdikləri “Babu” (2013 / Belarus) filmində oliqarx Kamil Əliyev rolunda, “Əli və Nino” (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmində rus kapitanı rolunda, “Tərk edilmiş” (2015, rejissor Korhan Uğur / Türkiyə) filmində Çirkin rolunda, “İstanbul küçələri” (2016, rejissorlar Faruk Teber, Adnan Güler / Türkiyə) serialında Kazım rolunda, “Qızqaçıran” (2016, rejissor Korhan Uğur / Türkiyə) filmində Kamuran rolunda, “Atçalı kel Mehmet” (2017, rejissor Hakan Şahin / Türkiyə) filmində Kara Efe rolunda, “Qardaşım mənim 2” (2017, rejissor Mert Baykal / Türkiyə) filmində, “Yeniçəri” (2022, rejissor İvan Şuurxovedski / Rusiya) serialında Bəyazid ağa rolunda çəkilib.

Müəllifi olduğu “Şahzadə Xəzərin nağılı”, “Heyvanlar - İstintaq davam edir”, “Kod adı: Keçəl, Kosa, Bahar qızı” tamaşaları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub.

“Tərk edilmiş” filmindəki Çirkin obrazına görə Türkiyədə Əskişəhər Beynəlxalq Film Festivalında “Ən yaxşı aktyor” nominasiyasında mükafata layiq görülüb.

“AzərNyuMedia” şirkəti tərəfindən “Audiovizual sahədə müasir düşüncəyə görə” mükafatı ilə təltif edilib (2019).

Hazırda Baku TV-də aparıcılıq edir.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Bəlkə də... Rollarda