Kəmalə Qasımova

Ssenari müəllifi Bəstəkar Mahnı mətni müəllifi

Doğum tarixi:

08 fevral 1973


Kəmalə Azad qızı Qasımova Bakıda anadan olub.

16 saylı musiqi məktəbində fortepiano ixtisasında, Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində (1997), Azərbaycan İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində (2009) təhsil alıb.

Uzun müddət Dövlət Uşaq Kardiorevmatoloji Sanatoriyasında həkim-kardiorevmatoloq kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Təhsil Nazirliyində ekonomist olaraq çalışıb. Hazırda bəstəkarlıq və mahnılara söz yazarlığı fəaliyyəti ilə məşğuldur. Bir çox bəstəkarların musiqilərinə söz yazarı kimi imza atıb. Azərbaycan və Türkiyə sənətçiləri ilə çalışır.