Kamal Almuradlı

Aktyor İnzibatçı

Doğum tarixi:

11 oktyabr 1984


Kamal Rövşən oğlu Almuradlı Sumqayıtda anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin Ticarətin iqtisadiyyatı və idarə olunması fakültəsində (2001-2005), Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbinin kinoprodüser fakültəsində (2007), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

“Bizim Kino” prodüser mərkəzində (2006), AzTV-nin "Səhər" proqramında (2008-2012), Lider TV-də (2012-2015) rejissor, ARB24 TV-də baş rejissor (2016-2017), Qərbi Kaspi Universitetində media direktoru (2018-2019) kimi fəaliyyət göstərib.

“Xeberle.com” informasiya portalının həmtəsisçisidir.

Aktyor Kamal Almuradlı rejissor, aktyor Rövşən Almuradlının oğludur.