Cəmşid Əmirov

Əsərindən istifadə olunub Ssenari müəllifi

Doğum tarixi:

10 fevral 1914

Vəfat tarixi:

29 dekabr 1982


Cəmşid Cabbar oğlu Əmirov Naxçıvan şəhərində anadan olub.

1934-cü ildə Azərbaycan Sənaye İnstitutuna daxil olub, eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq edib. Son kursda institutu tərk etdiyinə görə öz ixtisası üzrə (mühəndis-geoloq) işləməyə həvəs göstərməyib.

“Azərbaycan gəncləri” qəzetində məsul katib (1937-1940), “Gənc işçi” qəzetində şöbə müdiri (1940-1941), “Bolşevik” qəzetində məsul katib (1941), “Əzizbəyovneft” şirkətində mühəndis-geoloq (1941) kimi işləyib. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olub. Ordudan tərxis ediləndən sonra “Amustral”ın tikintisində fəal iştirak edib. Sonra “Azərbaycan gəncləri” qəzetində şöbə müdiri, “Sovet ticarəti” (Moskva) qəzetində xüsusi müxbir, “Neftnəşr”də baş redaktor, “Azərbaycan neft təsərrüfatı” jurnalında redaktor müavini, “Bakı” qəzetində şöbə müdiri işləyib. Bir müddət Bakı Maliyyə-Kredit Texnikumunda direktor (1969-1972) olub.

Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlayıb. İlk mətbu oçerki “Dəqiqələr, saniyələr...” “Azərbaycan gəncləri” qəzetində dərc edilib (1946). Azərbaycanda detektiv janrın banisi sayılır.

Cəmşid Əmirov 1982-ci ildə vəfat edib.