Cahangir Qarayev
Doğum tarixi:
11 fevral 1950
Vəfat tarixi:
15 yanvar 2013
Cahangir Mürsəl oğlu Qarayev Bakıda anadan olub.
Bülbül adına Orta-İxtisas Musiqi Məktəbində (1957-1968, Lidiya Filatovanın fortepiano sinfi), Azərbaycan Dövlət Konservatoriyasında (1968–1973, Mayor Brennerin fortepiano sinfi), Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında (1973–1975, Rauf Atakişiyevin sinfi) təhsil alıb.
1973-cü ildən Konservatoriyanın Fortepiano ixtisası kafedrasında pedaqoji fəaliyyətə başlayıb. Seneqalın paytaxtı Dakar şəhərinə ezamiyyətə göndərilərək orada pedaqoji və ifaçılıq fəaliyyəti göstərib (1981–1984). Təhsil aldığı illərdə bəstəkar yaradıcılığına başlayıb. “Fortepiano üçün sonata”, 12 prelüddən ibarət “Anlar və impulslar”, “Neqativlər” adlı fortepiano pyesləri silsilələrinin, prelüdlərin, caz kompozisiyalarının, habelə bir sıra xalq mahnılarına aranjimanların müəllifidir. Xarici və Azərbaycan bəstəkarlarının fortepiano üçün çoxsaylı müasir üslublu əsərlərinin ilk ifaçısı olub. 1970-ci illərdə caz-rok strukturlu “Cürbəcür” qrupunu yaradıb. “Asiya və Afrika ölkələrinin musiqi tribunası” (1973, Almatı), “Zaqafqaziya baharı” festivalı (1975, Tbilisi) və bir çox konsertlərdə iştirak edib.
Cahangir Qarayev 2013-cü ildə vəfat edib.