Cəfər Namiq Kamal
Aktyor
Doğum tarixi:
17 avqust 1950
Cəfər Namiq Kamal (Cəfər Əhmədov Kamal oğlu / Cəfər Namiq Kamaloğlu) Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsində təhsil alıb (1972).
1972-ci ildən Gənc Tamaşaçılar Teatrında, 1996-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Əməkdar artist (2002), Xalq artistidir (2013).
Aktyor Cəfər Namiq Kamal aktyor İlham Namiq Kamalın qardaşıdır.