İzaməddin Bağırov

Aktyor

Doğum tarixi:

06 aprel 1967


İzaməddin Zeynal oğlu Bağırov Şahbuz rayonunun Nurs kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kütləvi tamaşalar rejissoru fakültəsində təhsil alıb (1984-1990).

Tələbəlik illərində Gənclər Teatrında fəhlə, musiqi sexinin əməkdaşı işləyib, kütləvi səhnələrdə, epizodik rollarda çıxış edib. Kukla Teatrında rejissor kimi təcrübə keçib. 1991-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru və rejissorudur.

Tərcümə ilə də məşğuldur, tərcümə etdiyi bir neçə pyes Akademik Milli Dram Teatrında, Sumqayıt və Dərbənd Dövlət Teatrlarında tamaşaya qoyulub.

“Tərəqqi” medalı ilə təltif olunub (2004). Əməkdar artistdir (2008).

Aktyor İzaməddin Bağırov aktrisa Sədaqət Nuriyevanın həyat yoldaşıdır.