İsmayıl İman
Ssenari müəllifi
Rejissor
Aktyor
Doğum tarixi:
28 iyul 1977
İsmayıl Mürsəl oğlu İman Bakıda anadan olub.
Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil alıb (1999).
Bir müddət bank sahəsində çalışıb.
Xarici film istehsalçılarının “Yerin mərkəzinə səyahət” (2016, Rusiya) sənədli filminin ssenari müəllifi, “Mən məzarlıqda işləyirəm” (2021, Ukrayna, Polşa) bədii filminin redaktorudur.
Pyesləri Rusiyada mükafata layiq görülüb.