İsmayıl Dağıstanlı
Doğum tarixi:
06 yanvar 1907
Vəfat tarixi:
01 aprel 1980
İsmayıl Yusif oğlu Dağıstanlı (İsmayıl Hacıyev) Qaх rayоnunun Zərnə kəndində anadan olub.
Bakı Teatr Texnikumunda təhsil alıb (1926-1930).
Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. 1927-ci ildən təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-1937) işləyib. Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933). 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb.
Azərbaycan səhnəsində Lenin rollarının ifaçısı kimi məşhurlaşıb. “Şərqin səhəri” (Ənvər Məmmədxanlı) tamaşasındakı Kirov roluna görə Stalin mükafatı (1948), “Mahnı dağlarda qaldı” (İlyas Əfəndiyev) dramındakı Böyük bəy rolu üçün Dövlət mükafatı ilə təltif olunub (1972).
Ömrünün sоn illərində Azərbaycan Dövlət İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb.
Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.
Ona “Dağıstanlı” təxəllüsünü müəllimi Əbdürrəhim bəy Haqverdiyev təklif edib.
SSRİ (1948) və Azərbaycan (1972) Dövlət mükafatları laureatı, Əməkdar artist (1940), Xalq artisti (1949), SSRİ Xalq artisti (1974) İsmayıl Dağıstanlı 1980-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.