İsmayıl Əfəndiyev
Aktyor
Rejissor
İkinci rejissor
Filmi səsləndirən
Rejissor assistenti
Operator köməkçisi
Ssenari müəllifi
Doğum tarixi:
10 avqust 1910
Vəfat tarixi:
30 may 1967
İsmayıl Mahmud oğlu Əfəndiyev Şamaxıda anadan olub.
Bakı Pedaqoji Texnikumunda təhsil alıb (1929).
Bir müddət pedaqoq kimi çalışıb. 1932-ci ildə Bakı Türk İşçi Teatrında aktyorluğa başlayıb. Teatr Gəncəyə köçdükdən sonra da orada çalışıb, 1939-cu ilədək Gəncə Dram Teatrında çıxış edib. Azərbaycanın ilk peşəkar kino aktyorlarındandır. 1939-cu ildə kinostudiyada çalışmağa başlayıb. 1946-cı ildə Təbrizə gedib və bir neçə tamaşanı səhnəyə qoyub. 200-dən artıq filmin səsləndirilməsində iştirak edib.
Əməkdar incəsənət xadimi (1943) İsmayıl Əfəndiyev 1967-ci ildə vəfat edib.