İsa Məlikov

Bəstəkar

Doğum tarixi:

21 oktyabr 1980


İsa Fazil oğlu Məlikov Bakıda anadan olub.

Vaqif Mustafazadə adına 1 saylı musiqi məktəbində (1990-1995), Asəf Zeynallı adına Bakı Musiqi Kollecində (1995-1997), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq çalğı alətləri orkestrinin dirijoru ixtisasında (1997-2001) təhsil alıb.

2003-cü ildə Azərbaycanda ilk dəfə olaraq R&B janrında mahnı yazıb (“Qəm otağı”). 2006-cı ildə musiqili realiti-şou formatında “Akademiya” televiziya layihəsinin musiqi prodüseri olub. 2008-ci ildə “Baku Music Factory” prodüser mərkəzini təsis edib. Prodüser Mərkəzinin ilk məhsulu “Avroviziya – 2009” beynəlxalq mahnı müsabiqəsində üçüncü yer tutmuş Aysel Teymurzadə olub. 2009-cu ildə Azərbaycanda ilk rəsmi rekord-leybli olan “BMF Records” təşkil edib. Avroviziya mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib (2020-2022).