İradə Gülbabayeva

Qrim rəssamı Qrim ustası Qrim rəssamı assistenti Aktrisa Geyim rəssamı assistenti

Doğum tarixi:

15 aprel 1965


İradə Dadaş qızı Gülbabayeva Qubada anadan olub.

Sumqayıt şəhərində 18 nömrəli uşaq bağçasında (1991-1995), Körpələr evi-uşaq bağçasında (1996-2001) tərbiyəçi, Üzvi-Sintez Zavodu nəzdindəki İdman Konsert Sarayında təşkilatçı (2001-2006) olub.

2006-cı ildən “Azərbaycanfilm” kinostudiyasında qrim rəssamı kimi çalışıb.

Qrim rəssamı İradə Gülbabayeva rejissor Elman Şeydayevin bacısıdır.