İradə İbrahimova
Musiqi ifaçısı
Aktrisa
Doğum tarixi:
03 aprel 1980
İradə Vəlihət qızı İbrahimova Bakıda anadan olub.
“Ümid 95” musiqi müsabiqəsinin qalibi olub. 2001-ci ildə peşəkar səhnəyə ilk addımlarını bəstəkar Xanım İsmayılqızı ilə atıb. “Qəm qalası” (2002) adlı albomu da bu bəstəkarla olan müştərək işin məhsuludur. Repertuarında retro və xalq mahnılarından əlavə, 50-dan yuxarı məhz onun özü üçün yazılmış mahnılar var.