İqor Savçenko
Doğum tarixi:
11 oktyabr 1906
Vəfat tarixi:
14 dekabr 1950
İqor Andreyeviç Savçenko Ukraynanın Vinnitsa şəhərində anadan olub.
Leninqrad Səhnə Sənətləri İnstitutunda (1926-1929) təhsil alıb.
1921-ci ildən teatr aktyoru kimi fəaliyyətə başlayıb. Bakıda və Moskvada fəhlə gənclər teatrlarında rejissorluq edib. Bakı Kinostudiyasında (1929-1932), Moskvada (1932-1935) işləyib. 1933-cü ildən “Mejrabpomfilm”, 1938-ci ildən Bakı kinostudiyasının rejissoru olub. Aşqabad kinostudiyasında rejissor (1941-1945), “Soyuzdetfilm” kinostudiyasında bədii rəhbər, “Mosfilm” kinostudiyasında rejissor vəzifələrində çalışıb.
Ömrünün son illərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda dərs deyib (1945-1950).
Rusiyanın Əməkdar incəsənət xadimi (1944), SSRİ Dövlət mükafatları (1942, 1949, 1952) laureatı İqor Savçenko 1950-ci ildə Moskvada vəfat edib.