İmam Həsənov

Rejissor Ssenari müəllifi Prodüser Aktyor Operator Montajçı Səs rejissoru

Doğum tarixi:

15 oktyabr 1980


İmam Həsənov (İmaməddin Həsənov) Qubada anadan olub.

Kimya-Biologiya Liseyində (1996-1998), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində (1998-2002, Fikrət Məlikov və Cənnət Səlimovanın kursu) təhsil alıb.

Bakı Kamera Teatrında aktyor, rejissor (1999-2006), Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinin həmtəsisçisi və rejissoru (2006-2007), Space TV-də (2007-2008), AzTV-də, “Free ART Production”da (2008-2012), “MZ Production”da (2012), “Fatiyev Company”də (2013), Yuğ Dövlət Teatrında (2012-2013) rejissor kimi çalışıb.

Müxtəlif beynəlxalq təlimlərdə iştirak edib.

BakuDoc Beynəlxalq Sənədli Filmlər Festivalınn təsisçilərindən biridir.