İlyas Əfəndiyev

Əsərindən istifadə olunub Ssenari müəllifi

Doğum tarixi:

26 may 1914

Vəfat tarixi:

03 oktyabr 1996


İlyas Məhəmməd oğlu Əfəndiyev Qaryagində (indiki Füzuli) anadan оlub.

Pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi bitirib (1930). Bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyib. Qaryagin şəhər orta məktəbində coğrafiya müəllimi işləyib (1935-1938). Daha sonra Nuxa şəhərindəki nümunəvi orta məktəbə tədris hissəsi müdiri vəzifəsinə təyin olunub. Bir il burada işlədikdən sonra ali təhsil almaq üçün Azərbaycan Pedaqoji İnstitutuna göndərilib. 1934-cü ildə APİ-nin ədəbiyyat şöbəsinə daxil olsa da, elə həmin il institutu tərk edib rayona qayıtmağa məcbur olub, “Kulak” balası olduğu üçün institutdan uzaqlaşdırılıbmış. APİ-nin Coğrafiya fakültəsinin qiyabi şöbəsini qurtarıb (1938), rayona qayıdaraq müəllimliyini davam etdirib.

“Yeni yol” qəzeti redaksiyasında işləyib. Daha sonra “Kommunist” (1939-1940) və “Ədəbiyyat qəzeti”ndə nəsr şöbəsinin müdiri, Azərbaycan Radio komitəsində Ədəbi verilişlər şöbəsinin müdiri (1941-1945), 1945-ci ildən Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi, “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-cu illərin axırlarında atmağa başlayıb. “Kənddən məktublar” adlı ilk pоvest və hekayələr kitabı 1939-cu ildə nəşr edilib. “Söyüdlü arх”, “Körpüsalanlar”, “Dağlar arхasında üç dоst”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baхma, qоca”, “Üçatılan” rоmanlarının, bir çох pоvest və hekayələrin, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv оlmuş gündəliklər”, “Qəribə оğlan”, “Mahnı dağlarla qaldı”, “Хurşidbanu Natəvan”, “Büllur sarayda” pyeslərinin müəllifidir.

Əməkdar incəsənət xadimi (1960), Xalq yazıçısı (1979), Dövlət Mükafatı laureatı (1972) İlyas Əfəndiyev 1996-cı ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Yazıçı İlyas Əfəndiyev yazıçı, ssenarist Elçinin atasıdır.