İlqar Nəcəf

Rejissor Ssenari müəllifi Prodüser Baş prodüser

Doğum tarixi:

02 mart 1975


İlqar Nəcəf (Bayram Nəcəfov Hidayət oğlu) Qərbi Azərbaycanın Vedibasar mahalında (Ararat rayonu) anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə məcburən evini tərk edərək Sumqayıta köçüb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya rejissoru ixtisasında təhsil alıb (1993-1997).

2003-cü ildə İsveçrənin FOCAL təşkilatı tərəfindən keçirilən Beynəlxalq “Avanti” layihəsi çərçivəsində rejissor Kşiştof Zanussinin kinorejissor kurslarını bitirib. Berlin kinofestivalının Talent Campus bölməsində iştirak edib. Filmləri müxtəlif beynəlxalq festivallarda iştirak edib və mükafatlara layiq görülüb.

Asiya və Sakit Okean hövzəsi ölkələrinin Kino Akademiyasının (APSA) üzvüdür.

2005-ci ildə “Buta film” kino şirkətini təsis edib. 


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Buta (II) Rejissor, Ssenari müəllifi, Prodüser
  • Film Nar bağı Rejissor
  • Film Suğra və oğulları Rejissor
  • Film Teatral həyat Rejissor