İlkin Həsəni
Doğum tarixi:
21 oktyabr 1983
İlkin Aydın oğlu Həsəni Sabirabadda anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Kinooperatorluq fakültəsində qəbul olunub (2000). Foto sənətinə yiyələnib (2000-2001), Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü (2001), Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb (2001). 2001-ci ildən Televiziya rejissorluğu ixtisasında təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbayan televiziyasında çalışmağa başlayıb. 106 FM radiosunda xəbər diktoru kimi fəaliyyət göstərib, 1 il sonra televiziya aparıcısı olub. Bir çox verilişlərin aparıcısı, “Bozbash Pictures” layihəsinin müəllifidir. 2013-cü ildə “İlk Media” şirkətini təsis edərək rəhbərliyini həyata keçirir.
Prodüser, aktyor İlkin Həsəni prodüser Aydın Həsəninin oğludur.