İlqar Musayev
Doğum tarixi:
02 iyul 1980
İlqar Aydın oğlu Musayev Gəncədə anadan olub. 5 nömrəli Musiqi Məktəbinin tar bölməsində (1987-1993), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində (2003-2007, Sevil Xəlilovanın kursu) təhsil alıb. Bir müddət İrəvan Teatrında (1997-1998) çalışıb. 2001-ci ildən Bakı Bələdiyyə Teatrının aktyorudur. İctimai televiziyada “Telesəhnə”, ANS televiziyasında “Dissident” verilişlərinin aparıcısı olub.
Xarici film istehsalçılarının “Yetimlər” (Türkiyə) serialında, “Yasmin” (2013, rejissorlar Kseniya Zaruskaya, Vyaçeslav Kaminski / Rusiya) serialında Mehmed rolunda, “Yatmışlar-2” (2018, rejissor Sergey Arlanov / Rusiya) serialında Fərid rolunda çəkilib.

Filmoqrafiya
-
44 Rollarda
-
Azərbaycan Atabəyləri Rollarda