İlqar Əlfioğlu
Doğum tarixi:
26 mart 1955
İlqar Əlfioğlu (İlqar Qasımov Əlfi oğlu) Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsini Fars dili tərcüməçisi ixtisasında təhsil alıb (1972-1978).
1978-ci ildən təyinatla Azərbaycan Radiosunun Xarici Verilişlər bölməsində, Xəbərlər xidmətində, Cənubi Azərbaycan redaksiyasında, Fars dilində verilişlər redaksiyasında müxbir, redaktor, böyük redaktor, diktorluq edib (1978-1980). Televiziyada Tele-tamaşa şöbəsinin müdiri (1986-1987), “Dalğa” proqramında aparıcı (1987-1991), BMTi TV-də Xəbərlər müdiri, ABA TV-də proqram aparıcısı, “Qafqaz Media Mərkəzində” tədris direktoru, “Bu gün” qəzetində köşə yazarı, “Avtoritet” qəzetinin təsisçi və baş redaktoru, ABA TV-də proqram aparıcısı, xaricdə fəaliyyət göstərən “Azadlıq” televiziyasında aparıcı, Azərbaycan Dövlət Tərcümə Mərkəzində redaktor və beynəlxalq əlaqələr şöbəsinin müdiri (2014-2024) olaraq çalışıb.
1976-cı ildən dəfələrlə İranda mütərcim, Əfqanıstanda xidməti ezamiyyətlərdə olub.
2007-ci ildən APA xəbər agentliyində işləyir, APA TV-nin Yaradıcılıq şurasının sədri və proqram aparıcısıdır.
Tərcümə ilə məşğuldur. Roman, hekayə və povestləriləri var. 70-dən artıq tərcümə kitabı, 1000-ə yaxın publisistik yazısı işıq üzü görüb.
Jurnalist, tərcüməçi İlqar Əlfioğlu yazıçı, publisist Əlfi Qasımovun oğludur.